Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə “Allaha, onun peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin”

“Allaha, onun peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin”

  • “Allaha, onun peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin”

     

    İmam nuru möminlərin qəlbində gündüzün günəşindən parlaqdır
    Əbu Xalid Kabili deyir: “İmam Baqirdən (ə) Allah-təalanın “Allaha, onun peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin” buyuruğu haqqında soruşdum. İmam (ə) buyurdu: “Ey Əba Xalid! And olsun Allaha, nur Məhəmməd ailəsindən olan İmamlardır. And olsun Allaha, onlar Allahın nazil etdiyi nurlardır. And olsun Allaha, onlar Allahın göylərdə və yerdəki nurudur. Ey Əba-Xalid! İmam nuru möminlərin qəlbində gündüzün günəşindən parlaqdır. And olsun Allaha, onlar möminlərin qəlbini işıqlandırır. Allah-təala onların nurunu istədiyindən gizləyir. Beləcə, həmin zümrənin qəlbi qaranlıq qalır. And olsun Alaha, ey Əba Xalid! Allah qəlbini paklayınca kimsə bizim bəndəmizi sevməz, vilayətimizi qəbul etməz. Bir şəxs bizə təslim olmayınca Allah onun qəlbini paklamaz... Bəndə paklanmaq üçün bizə sülh qapısından yaxınlaşmalıdır. Allah sülh qapısından daxil olanı ağır hesabdan hifz edir, Qiyamətin böyük qorxusundan amanda saxlayır.” (“Kafi”, 1-194)