Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Aşiqlik istəyən yol- şəhadət

Aşiqlik istəyən yol- şəhadət

  • Aşiqlik istəyən yol- şəhadət


    Allahın Peyğəmbəri (s) buyurur: “Şəhadət – ən üstün ölümdür”. Allah Təala Quranda şəhidlərin tutduğu məqam haqqında buyurur:“Allaha və Onun Peyğəmbərinə itaət edənlər (dünya və axirətdə) Allahın nemət verdiyi kəslərlə – peyğəmbərlər, doğruçular, şəhidlər, əməllərə şahid olanlar və saleh insanlarla – birlikdədirlər. Onlar gözəl dostlardır”. (“Nisa” 69). Deməli, şəhadət – Allah yanında ən üstün ölüm sayılır və şəhidlərin tutduğu məqam peyğəmbərlərdən (ə) və alimlərdən sonra, ən ali məqam hesab olunur. (Tebyan)
    Quranda və hədislərdə şəhadətə eşq bəsləməyin səbəblərinə işarə edək:
    Əmirəl-möminin (ə) buyurur: “Allaha and olsun ki, həqiqətən mən haqlayam və şəhadətə aşiqəm”.
    Həzrət Peyğəmbər (s) buyurur: “Şəhidə Allah tərəfindən yeddi üstünlük verilər. Onlardan biri – ilk damcı qanı ilə bütün günahlarının bağışlanmasıdır”.

    Həzrət Peyğəmbərə (s) sual verirlər ki, niyə şəhid qəbrində imtahan olunmur? Həzrət (s) buyurur: “Başının üstündəki qılıncın parlamasından hasil olan ağrı və əziyyət onun üçün kifayətdir”.

    Həzrət Peyğəmbər (s) buyurur: “Üç dəstə vardır ki, Qiyamət günü Allah dərgahında başqalarına şəfaət verəcəkdir: peyğəmbərlər, alimlər və sonra şəhidlər”.

    4. Şəhadət – ölüm deyildir. “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir. (Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar. Onlar Allah tərəfindən olan nemət və bəxşişə görə və həmçinin Allahın möminlərin mükafatını zay etməməsindən şaddırlar”. (“Ali-İmran” 169-171).
    İnsanın bu dünyada arzu etdiyi şeylərdən biri budur ki, heç bir zaman ölməsin və şəhadət insanı bu arzusuna çatdırır.