![](/az/images/stories/module/namazin-manalari.jpg)
Peyğəmbəri-əkrəm (səlləllahu ələyhi və alihi vəs-səlləm) onun hikmətini belə bəyan edir:
Sübh namazı![](/az/images/stories/module/gul.jpg)
Sübh, şeytanın fəaliyyətə başlamasının başlanğıcıdır. Hər kəs o saatda namaz qılsa, özünü ilahi nəsimdə qərar vermiş olacaq və şeytanın şərrindən güvəncdə qalacaq.
Zöhr namazı![](/az/images/stories/module/gul.jpg)
Zöhr, bütün aləm Allaha təsbeh deyir (red: zikr), pis olar ki, mənim ümmətim Allaha təsbeh deməsin. Zöhr vaxtı cəhənnəm əhlinin cəhənnəmə getdikləri vaxtdır. Ona görə də hər kəs bu saatda ibadətlə məşğul olsa cəhənnəmdən sığortalanır.
Əsr namazı![](/az/images/stories/module/gul.jpg)
Əsr, Adəm və Həvvanın səhv etdiyi vaxtdır. Bizə lazım oldu ki, bu saatda namaz qılaq və deyək ki, biz, Allahın əmrinə tabeyik.
Şam namazı![](/az/images/stories/module/gul.jpg)
Şam və ya Məğrib vaxtı, həzrət Adəmin tövbəsinin qəbul olunduğu vaxtdır və biz də onun şükrü olaraq namaz qılırıq.
İşa namazı![](/az/images/stories/module/gul.jpg)
Allah Taala, işa namazını ümmətimin qəbirinin aydınlaşması və rahatlığı üçün qərar verib.
Qaynaq:
İləlüş-şərae, Şeyx Sədud, s. 337
sibtayn.com/az