Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə tövbə

tövbə

  • "Tәәccüb еdirәm о kәsә ki, istiğfаr еtmә mümkün оlduğu hаldа Аllаhın rәhmәtindәn nаümiddir"

    Tәәccüb еdirәm о kәsә ki, istiğfаr еtmә mümkün оlduğu hаldа Аllаhın rәhmәtindәn nаümiddir.
    İmаm Sаdiq (ә) buyurub:

    “Bir bәndә хаlis tövbә еdәn zаmаn Аllаh оnu sеvir vә günаhlаrını örtür.” Rаvi sоruşdu: Аllаh nеcә “sәttаr”dır? Buyurdu: “İnsаnın әmәllәrini yаzаn mәlәklәr tövbә еdәnin günаhlаrını unudur. Аllаh günаhkаrın bәdәninә, günаh еtdiyi yеrә әmr еdir ki, оnun günаhını gizlәtsin. Аllаhın hüzurunа gеdәndә оnun günаh еtmәsinә hеç bir şаhid оlmаsın.” (“Üsuli-kаfi”, c. 2, sәh. 436.)

    İmаm Әli (ә) buyurub:
    “Tәәccüb еdirәm о kәsә ki, istiğfаr еtmә mümkün оlduğu hаldа Аllаhın rәhmәtindәn nаümiddir.” (“Nәhcül-bәlаğә”, sәh. 482.)

    Pеyğәmbәr (s) buyurub:
    “Еy Әli! Hәr kәs hәr sәhәr, yахud hәr gеcә mәnә sаlаvаt göndәrsә, mәnim şәfаәtim оnа vаcib оlаr, hәttа böyük günаhlаrın sаhibi оlsа dа (şәfаәtin şәrti tövbә еdib, günаhı tәrk еtmәkdir).” (“Müstәdrәkül-vәsаil”, c. 5, sәh. 334.)

    Qurаndа tәqribәn tövbәnin qәbulu vә Аllаhın bәndәlәrinә оlаn rәhmәti hаqdа аltı yüz аyә vаrdır. Şәriәt cәhәtdәn әn böyük günаh Аllаhın mәğfirәtindәn vә bаğışlаmаğındаn ümidsiz оlmаqdır. Bunа görә dә günаh nә qәdәr böyük оlsа, tövbә ilә insаn özünә nicаt vеrә bilәr. Pеyğәmbәr (s) bu hаqdа buyurub: “İnsаnlаrın әn yахşısı günаhdаn sоnrа pеşimаn оlub, Аllаhdаn bаğışlаnmаq dilәyәn şәхslәrdir.” “Tövbә еdәn cаvаnın әcri Hәzrәt Zәkәriyyаnın (ә) әcri kimidir.” “Аli – Mühәmmәdin (s) mәhәbbәti ilә ölәn, tövbә еdәn hеsаb оlunur.” (“Nәsаyih”, sәh. 330.)
    İmаm Sаdiq (ә) buyurub:

    “Qоrхu vә ümid аrаsındа yаşаmаyаn mömin sаyılmаz.” (“Müstәdrәkül-vәsаil”, c. 11, sәh. 224.

  • Bəlkə Ona tərəf qayıdaq

    Tövbə” sözünün ərəb dilindən tərcüməsi “qayıdış” deməkdir. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə deyilir.
     
    Tövbə edən şəxs də günahlardan itaətə doğru qayıtmış olur (“tövbə” sözünün mənasına uyğun olaraq).
     
    Allah-Təala tövbə haqqında buyurur: "Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun" ("Zumər" surəsi, ayə 54).
     
    "Tövbə" Allaha üz tutmaq, Ona doğru qayıdış mənasındadır. Tövbə üç cür olur:
     
    - Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: "Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı" ("Qaf" surəsi, ayə 33).
     
    - Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daima Allahı zikr etməklə, Onun nemətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: "(Bu nemətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər" ("Mumin" surəsi, ayə 13) (“Mumin” suresi daha çox “Ğafir” suresi kimi tanınır və Qurani-Kərimin mündəricatında da “Ğafir” kimi yazılır.)
     
    - Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur. Məsələn, vacib və müstəhəb namazlar, müqəddəs ziyaratgahlara getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək, insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı davranmaq və xülasə şəriətin bütün hökmləriylə Allaha yaxınlaşmaq, Onun razılığını cəlb etmək qəsdi ilə olmalıdır. Allah da bu baradə buyurur: "Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir): "Bu, vəd olunduğunuz cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu əbədiyyət günüdür!" Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, o cümlədən Allahın camalına tamaşa etmək və s.) mövcuddur!" ("Qaf" surəsi, ayə 31-15).
     
    Tövbə etmək imkanı Allahın öz bəndəsinə bir lütfüdür. İmam Cəfər Sadiq (ə) buyurub: “Mömin günah edəndən 20 il sonra da olsa, xatırlayıb tövbə edər və Allah onu bağışlayar. Kafir isə heç bir saat keçməz ki, günahını unudar və tövbə etməz”. İmam Əlidən (ə) rəvayət edilən, “Tövbə etmək imkanı verilmiş şəxs onun qəbul edilməsindən məhrum edilməz” hədisi də buna sübutdur.

  • TÖVBƏ QAPISININ “AÇARI”

    Tövbə nədir? Qəlbin oyanması. Vicdanın inqilabı. Səni düşünməyə yönəldən bir ibadət. Geri qayıtmamaq şərti ilə günahlarına yox demək. Geri qayıtmamaq şərti ilə... Hicrət etməyin də şərti bu deyilmi? Bir daha geri dönməməklə köç etmək. Qəribədir. Hər ikisi eyni əsasa dayanır: Geri qayıtmamaq… Tövbə ruhun hicrətidir: Nəfsinə tabe etdiyin ruhun günah bataqlığında olduğunu dərk etməsi və buranı əbədi olaraq tərk etmək üçün cihad etməsidir.

    Cihad etmək!
    Nəyə qarşı?

    Allahın buyurduqlarını yaşamaqdan səni çəkindirən bütün maneələrə qarşı. Bütün instinklərə, bütün nəfsani arzulara qarşı. Allahın ayəsini yaşamadığın keçmiş günlərə qarşı. Ona asi çıxdığın illərə, aylara, günlərə qarşı. Keçmiş mənini tərk edərək yeni Mən qazanmaq üçün cihad et!

    Nə ilə? Tövbə ilə. Tövbə insanın yenilənməsi, təzələnməsidir. Hər tövbə ilə insan günahlarını etiraf edir, səhvlərini anlayır və günahlardan hicrət edir. Hər namaz da bir yenilənmədir...
    Namaz qiyamla, inqilabla başlayır. Qulun Rəbbinə ən yaxın anı olan səcdə ilə bitir. Qələbə ilə. Qiyam edir və qələbə çalır. Amma qulu qələbə qazananda da tövbə etməsini istəyir Böyük Yaradan: «Allahın köməyi və zəfər gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd - səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O tövbələri qəbul edəndir» [Həşr 110/1-3]

    Sübh vaxtı tövbə etmək Allahın ən çox sevdiyi əməllərdən biridir. Yalnız günahlarını etiraf etdiyin üçünmü? Yox, əsla. Gündüzə yeni insan olaraq başladığın üçün. Bu gün dünənki yanlışları dərk etdiyin üçün. Təmizlənmək, yenilənmək istədiyin üçün. Sübh vaxtı tövbə yeni günə yeni insan olaraq başlamaq deməkdir. Sübh vaxtı yeni səhərə ağ vərəqlə çıxmaq deməkdir. Ləkəsiz, çirkabsız. Rəbbim bizim günah etməməyimizi deyil, günahda israr etməməyimizi istəyir. Vicdanımızın səsini dinləməyi, Ona tərəf yönəlməyimizi istəyir. Rəbbim bizi əşrəfi məxluqat [məxluqatın ən şərəflisi] görmək istəyir.

    Tövbə təmiz, gözəl şəkildə təmizlənənləri sevən Allaha tərəf hicrətdir. Hicrət cəhddir. Allah cəhd edənləri sevir. Günahlarının bağışlanmasına baxmayaraq, gündə 70 dəfə tövbə – istiğfar edən Allah Rəsulu [s.a.v] belə buyurmuşdu: «İstiğfarın ən üstünü qulun belə deməsidir: «Ey Allahım! Sən mənim Rəbbimsən, Səndən başqa ilah yoxdur. Məni Sən yaratdın, mən Sənin qulunam, gücüm yetdiyi qədər Sənə verdiyim əhd və vədimin üstündə durmuşam. Bütün etdiklərimin şərindən Sənə sığınıram. Bütün nemətlərini təsdiq edir, günahlarımı etiraf edirəm. Mənim güunahlarımı bağışla. Səndən başqa günahlarımı bağışlayan yoxdur!»

    «Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir!» [Tövbə 9/104]