Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə PEYĞƏMBƏRİ-ƏKRƏMİN (Ə) ƏN BÖYÜK İFTİXARI – ALLAHA BƏNDƏÇİLİK zəif

PEYĞƏMBƏRİ-ƏKRƏMİN (Ə) ƏN BÖYÜK İFTİXARI – ALLAHA BƏNDƏÇİLİK zəif

  • PEYĞƏMBƏRİ-ƏKRƏMİN (Ə) ƏN BÖYÜK İFTİXARI – ALLAHA BƏNDƏÇİLİK zəif

     

    Qurani-Kərimin “Zariyat” surəsinin 56-cı ayəsində Yaradan Allaha ibadət və bəndəçilik yaradılışın məqsədi kimi göstərilir və buyurulur:

    وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنسَ إِلَّا لِيَعْبُدُونِ

    “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!”

    Bu ayənin zahirinə əsasən, insanların yaradılışında bir hədəf var, o da Allaha ibadət və bəndəçilikdir. Ayədə qeyd olunan “لِيَعْبُدُونِ” (Liyə`buduni – Mənə ibadət etmək üçün) ifadəsi insanın yalnız ibadət vasitəsilə kamilliyə çatmasını aşılayır.

    İbadət və bəndəçilik insanlar üçün zati və fitri ehtiyacdan yaranan bir əməldir və buna görə də, ibadətin insan üçün daimi və sabit bir ehtiyac olması vurğulanır. İnsan ibadət sayəsində istənilən kamillik zirvəzini fəth edə bilir. Qurani-Kərimin ifadəsi ilə desək, “məhmud” məqamına nail olmaq istəyən kəs ibadət yolunu qət etməlidir. “İsra” surəsinin 79-cu ayəsində buyurulur:

    وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَّكَ عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا

    “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (gecə) namazı qıl, ola bilsin ki, Rəbbin səni bəyənilib tərəflənən məqama çatdırsın.”

    Əllamə Şəhid Mürtəza Mütəhhəri (r) yazır: “İnsan yalnız ibadət etməklə kamilliyə çata bilər.” (“Məcmueyi-asar”, Şəhid Mütəhhəri, 21-ci cild, səh.197.)

    İmam Xomeyni (r) də bəndəçiliyi risalət məqamına çatmaq üçün bir nərdivan, risalət məqamına çatmağı isə bəndəliyin nəticəsi bilir. Peyğəmbəri-Əkrəm (s) də kamil ibadət və bəndəçilik vasitəsilə o ali məqama çatmışdır.” (“Sirrus-səlat”, İmam Xomeyni , səh.89.)

    Əmirəlmöminin Əli (ə) münacatlarının birində necə də gözəl deyir:

    اِلـهي كَـفى بـي عِـزّاً اَنْ اَكُـونَ لَـكَ عَـبـْداً، وَكَـفى بـي فَـخْـراً اَنْ تـَـكُـونَ لـي رَبـّـاً

    “İlahi! Bu izzət mənə kifayətdir ki, mən Sənin bəndənəm və bu iftixar mənə kifayətdir ki, Sən mənim Rəbbimsən.” (“Biharul-ənvar”, 38-ci cild, səh.340, hədis 14.)

    Qeysəri “Əl-fususul-hikəm” kitabının şərhində “bəndə” sözünü təhlil edərkən yazır: “Peyğəmbəri-Əkrəm (s) Allahın ixlaslı bəndəsi olsa da, “bəndə” sözünün o