İmamlar Allahın əmrinə tabedir !
- Ətraflı
- Baxış sayı: 1225
![](/az/images/stories/kitab1.jpg)
Həmran dedi: –Canım sənə fəda olsun, mənə xəbər ver görüm Əliyyibni Əbitalib, Həsən və Hüseyn (əleyhimüs-salam) Allah dini yolunda qiyam etdilər, halbuki, zülm, tüğyan əhli onlara zəfər çaldı. Bu necə olan işdir?
Həzrət Baqir (əleyhis-salam) buyurdu: –Ey Həmran! İlahi elmdə belə yazılmış, qəzavü-qədərdə belə qərar qoyulmuşdu. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğuna görə “Bizdən (İmamlardan) xüruc (qiyam) edən və sakit olan hər bir şəxs elm və agahlıq üzündən xüruc etmiş, elm və agahlıq üzündən sakit olmuşlar. Ey Həmran, əgər bəla nazil olma və zülm əhli onlara (İmamlara) qələbə çalırdılarsa onlar həmişə Allahdan istəyirdilər ki, o tüğyançıların mülkünü, padşahlığını məhv etsin, onları qəbul etsəydi, və o bəlaları onlardan dəf etsəydi, tüğyançıların padşahlıqlarını təsbehin ipinin qırılmasından və dənələrinin bir-birindən ayrılmasından da tez bir zamanda məhv edərdi. Amma İmamlar (əleyhis-salam) təslim olmaq razılıq məqamında idilər və Allahın onlar üçün məsləhət gördüyü işlərdən qeyrisini istəmirdilər. Ey Həmran, onlara üz verən (müsibətlər) günah üzündən deyildi ki, o günahı görmüş olalar, yaxud Allahla müxalifət etməmişdilər ki, onun cəzasına çatmış olalar. Lakin bu müsibətlərin səbəbi bu idi: Allah istəyirdi ki, onlar bu müsibətlərin vasitəsi ilə behiştdə yüksək (mənəvi) məqamlara çatsınlar. Ey Həmran, onların barəsində pis fikirləşmə, Aşura günü İmam Hüseynin (əleyhis-salam) dostları, köməkçiləri qılınc, nizə zərbələrindən özlərində heç bir dərd, ağrı hiss etmirdilər. Bu barədə İmam Baqir (əleyhis-salam) buyurdu: “Cəddim Hüseyn (əleyhis-salam)-ın fədakar köməkçiləri düşmənin qılınc, nizə zərbələri altında ağrı hiss etmirdilər.”