Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Allahın kəndiri, Allahın əli, Allahın çubuğu

Öyüd-Nəsihət-Rəvayət

Allahın kəndiri, Allahın əli, Allahın çubuğu

 Allahın nemətlər sərdiyi süfrəyə nə üçün həsəd edirsən?
Bir kişi bağa girib xurma ağacını bərk silkələyir, onun xurmasını yerə tökərək yeyir və toplayırdı. Birdən bağın sahibi gəlib dedi: - Axmaq insan! Niyə belə edirsən? Oğru dedi: - Nə eybi var? Allahın bəndəsi, Allahın bağında, Allahın ona ruzi etdiyi xurmasından yeyir və aparır. Allahın nemətlər sərdiyi süfrəyə nə üçün həsəd edirsən?
Bağın sahibi qulamını çağırıb dedi: - Qulam, o kəndiri gətir, bunun cavabını verim. Sonra oğrunu tutub bərk-bərk ağaca bağladılar və bir çubuq götürərək, onun ayaqlarına və arxasına vurmağa başladılar. Oğru qışqırmağa başladı: - Allahdan utan! Məni niyə vurursan?! Bağ sahibi dedi: - Bu, Allahın bəndəsi, Allahın çubuğu ilə, Allahın bəndəsini vurur. Mənim bir iradəm yoxdur. İş və iradə Allahındır.
Cəbrə inanclı olan oğru dedi: - Mən cəbrə etiqadımı tərk etdim. Sən düz deyirsən ey böyük insan. Dünyaya hakim cəbr deyil, ixtiyardır, ixtiyardır, ixtiyar.

(Red: Cəbrə etiqadı olan şəxslər, insanın bütün əməllərinin -istər günah istər savab- Allah tərəfidən iradə olunduğuna etiqad bəsləyirlər)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə