Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar Bir halda ki, dünya imtahandır, ona vurulmağa dəyərmi?!

Ədəbi yazılar

Bir halda ki, dünya imtahandır, ona vurulmağa dəyərmi?!

    İnsan var-dövlət qazanıb onu sərf edərkən ilahi göstərişlərə əməl edə biləcəkmi?
Nə üçün insanların bir qismi dövlətli, digər bir qismi isə kasıbdır? Əvvəla var-dövlətin çoxluğu Allahla dostluq yox, imtahan əlamətidir. «Ənfal» surəsinin 28-ci ayəsində buyurulur: «Bilin ki, var-dövlət və övlad sizin üçün yalnız bir imtahandır». Başqa bir ayədə oxuyuruq: «Biz sizi xeyir və şərlə sınağa çəkərik». («Ənbiya» surəsi, ayə 35.) Dilimizə sınaq mənasında tərcümə olunmuş sözə Quranda «fitnə» kimi işarə olunub. Ayələrdə var-dövlət fitnə, başqa sözlə, sınaq kimi tanıtdırılır. İnsan var-dövlət qazanıb onu sərf edərkən ilahi göstərişlərə əməl edə biləcəkmi? Bir halda ki, dünya imtahandır, ona vurulmağa dəyərmi?! Əlbəttə ki, dünya son məqsəd olsaydı onun haqqında düşünməyə dəyərdi. Bir halda ki, dünyanın ömrü imtahan bitənədəkdir, ona könül verməyə də dəyməz. Dünya, üzərində suallar yazılmış imtahan vərəqi kimidir. Bu kağızın gözəl olub-olmamasının əsl məqsədə heç bir dəxli yoxdur. Əsl məqsəd suallara düzgün cavab yazmaqdır.
   Yuxarıda qeyd olunan bərabərsizliyin ikinci səbəbi budur ki, dünya nemətləri Allah nəzərində biz düşünmədiyimiz kimi dəyərli deyil. Qurani-Kərimin bir çox ayələrində dünya nemətləri axirət nemətləri ilə müqayisə olunur və təbii ki, axirət nemətlərinə üstünlük verilir. «Axirət ruzisi daha xeyirlidir» buyurulur. İnsana dünya nemətlərinə uymayıb axirət nemətləri haqqında düşünmək tapşırılır. Bəli, əsl ruzi olan, yəni «Allah ruzisi» adlandırılan əbədi axirət nemətlərinin ardınca getməyə dəyər.

İmam Sadiqin (ə) nəsihətlərindən

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə