Sual: 5 (Xəstənin namaz qəzası haqqında)
- Ətraflı
- Baxış sayı: 2020
![](/az/images/stories/food/question-sign.jpg)
Çox xəstə olan zaman halsızlıqdan namazı qılmasam, onun qəzası varmı?
Cavabı:
Namaz heç bir vəchlə tərk olunmamalıdır. Hətta suda boğulan zaman, işarə ilə də olsa, namaz qılınmalıdır. Hər hansı səbəbə görə namaz qılınmasa, qəzası var.