Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Qəbir əzabı - Qəbirsıxma

Qəbir əzabı - Qəbirsıxma

Qərbirsıxma həqiqətdir
Əllamə Məclisi “Həqqül-yəqin”də yazır: Qəbir sıxıntısı, onun savab və cəzasını bütün müsəlmanlar qəbul edir. Mö”təbər hədislərdən aydın olur ki, qəbir sıxıntısı əsl bədən üçündür. Bu sıxıntı ümumi deyildir, yəni hamıya aid deyildir və günahkarlara məxsusdur. (Eləcə də, onun şiddətli və ya zəif olması günahla əlaqəlidir.)

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Mömin üçün qəbir sıxıntısı ondan zay olan şeylərin, ilahi nemətləri zay, puç etməsinin kəffarəsi, cəriməsidir.” Mərhum Kuleyni Əbu Bəsirdən olan mö”təbər sənəd əsasında rəvayət edir ki, o deyib: “Həzrəti Sadiq (əleyhissalam)-dan soruşdum ki, kimsə qəbir sıxıntısından nicat tapacaqmı”? Buyurdu: “Çox az adamların azad olacağı şeydən Allaha pənah aparıram!”
Qızı Rüqəyyə vəfat etdiyi zaman Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onun qəbri üstə durub, başını göyə qaldırdı, gözlərindən yaş axıtdı və camaata buyurdu: “Bu məzlum qıza edilənlər yadıma düşdü, qəlbim riqqətə gəldi, Rəhim Allahdan istədim ki, onu mənə bağışlayıb, qəbir sıxıntısından azad etsin.” (Allah onu Həzrət Rəsula bağışladı).
Qəbir sıxıntısı günah səbəbindən olduğu üçün, az adam tapılar ki, ondan azad olsun. Hətta evdə qadınla, uşaqla pis rəftar da qəbir sıxıntısına səbəb olar. Buna şahid gətirmək, həmçinin, qəbir sıxıntısının əhəmiyyətini, ondan çox az adamın nicat tapacağını bilmək üçün Səd ibni Məaz barəsindəki məşhur hədisi zikr edirik:

Sə`d ibn Məazı da qəbir sıxdı

Ənsarın rəisi Sə”d ibni Məaz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və müsəlmanların yanında çox möhtərəm idi. Süvari halda gəldiyi zaman Həzrət buyurdu ki, müsəlmanlar onun istiqbalına getsinlər. Məaz içəri daxil olanda Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) özü ayağa qalxdı. Yəhudilərin hakimliyi ona tapşırılmışdı. Məaz vəfat edəndə 70 min mələk onun dəfnində hazır olmuşdu və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yalın ayaqlarla onun tabutunu çiyninə götürdü və buyurdu: “Məlaikələrin cərgələri Məazın dəfnində hazır idilər, əlim Cəbrailin əlində idi, hara gedirdisə, mən də gedirdim.” Bir sözlə Həzrətin yanında belə hörmətli olan, bu sayaq şərəflə dəfn olunan Məazı Həzrət öz əliylə qəbrə qoyanda, “xoş halına, cənnət sənə ruzi oldu” deyə anası dilləndi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Hardan bilirsən ki, oğlun cənnət əhlidir? İndi Məazı qəbir sıxır!" Səhabələr soruşdular ki, ya Rəsuləllah, Sə`d kimi insan qəbir sıxıntısındadır? Buyurdu: Bəli.”
Digər rəvayətdə Məazın ailədə tünd rəftarlı olması, qəbir sıxmasının səbəbi kimi əlaqələndirilmişdir.

Yazının tərtibində tərcümə olunmuş kitabların elekron versiyasından isitfadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə