Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İbrətamiz Alim və cahilin günahı hansı şəkillərdə bağışlanır?

Alim və cahilin günahı hansı şəkillərdə bağışlanır?

Alimin düz yoldan çıxması bütün aləmi korlayar
İmam Sadiq (ələyhissəlam) buyurur:
«Qiyamət günü alimin bir günahı bağışlanana qədər cahil şəxsin 70 günahı bağışlanar».

İslam Peyğəmbəri (s) buyurur: Din alimləri və rəhbər şəxslər pis yola çəkildikdə, camaat da pis yola çəkilər.» O həzrət başqa bir hədisdə belə buyurdu: «Ümmətimin içərisindəki seçilən xüsusi adamlar düz yola gəlməsələr, camaat da düz yola gəlməyəcək.» Sual etdilər:
«Sənin ümmətinin xüsusi adamları kimlərdir?»
Həzrət cavabında buyurdu: Ümmətimin xüsusi adamları dörddür:
1. Padşahlar.
2. Alimlər.
3. Abidlər.
4. Tacirlər.
Bu kəlamın daha çox izah edilməsini xahiş etdikdə Peyğəmbər (s) buyurdu:
«Padşahlar xalqın çobanlarıdır. Çoban özü canavar olsa qoyunlar nə cür ot yeyə bilərlər? Habelə alimlər camaatın təbibləridir. Onlar özləri sağlam olmasalar, xalqı necə sağalda bilərlər? Allahın abid bəndələri xalqa düzgün yol göstərən şəxslər hesab olunurlar. Yol göstərənin özü yoldan azdığı halda, yol gedənlərə düz yol göstərə bilməz. Və nəhayət, tacirlər xalqın əmin şəxsləridirlər. Əmin şəxs xəyanət edərsə, kimə ümid bəsləmək olar!»

İslam Peyğəmbəri (s) başqa bir hədisdə buyurur:
«Allah-təala qiyamət günü üç şəxslə söhbət etməz, onlara nəzər salmaz, onların günahından keçməz və onları çətin əzaba düçar edər:
Zinakar qoca, zalım padşah və özünü hamıdan üstün bilən yoxsul şəxs.»

İmam Sadiq (ələyhissəlam) Şəqrani adlı bir səhabəsinə belə buyurdu:
«Ey Şəqrani! Hər bir şəxsin yaxşılıq etməsi yaxşıdır, lakin sənin yaxşılıq etməyin daha yaxşıdır, çünki sən bizdənsən (yəni bizim səhabələrimizdənsən) və adi insanların pislik etməsi pisdir. Səndən isə görünən pislik daha pisdir, çünki sən bizdənsən.»

İmam Əli (ələyhissəlam) buyurur: «Alimin düz yoldan çıxması bütün aləmi korlayar».
O həzrət başqa bir hədisində belə buyurur: «Alimin düz yoldan sapması gəminin dənizdə sınması kimidir. Bu halda gəminin həm özü batar, həm də daşıdığı sərnişinləri batırar».
Deməli, camaata rəhbərlik edənlərin, nüfuzlu şəxsiyyətlərin, alimlərin, yazıçıların, böyük təşkilatların, qocaların və seyyidlərin Allah-təala qarşısında məsuliyyətləri daha ağırdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə