Üstün cihad
- Ətraflı
- Baxış sayı: 5011
![](/az/images/stories/cihad.jpg)
“Cihad”, “mücahidə” dedikdə qarşıda durmuş maneəyə müqavimət göstərilməsi nəzərdə tutulur. Cihad kəlməsini eşidərkən təsəvvürdə cəbhə və döyüş canlanır. Amma bəzən düşmən gözlə görünmür. Daha təhlükəli olan bu yağı insanın daxilində gizlənir. Həzrət Peyğəmbər (s) buyurur: “Ən yağı düşmən sənin daxilindəki nəfsdir.”
“Böyük cihad” (“cihadi-əkbər”) dedikdə nəfs istəklərinə qarşı mübarizə nəzərdə tutulur. İnsan öz nəfs istəklərinə nəzarət etməli, onların tüğyanını susdurmalıdır. Nəfslə cihad da düşmənə müqavimət göstərməkdir. Bu düşmən daxili
![](/az/images/stories/fruit/cihad.gif)
İmam rahilin cihadi-əkbər barəsində dəyərli söhbətləri vardır. Böyük inqilab rəhbəri işə öz nəfsi ilə cihaddan başlamışdır. Yalnız bu cihadda qalib gəldikdən sonra islami cəmiyyəti süqutdan xilas etmək üçün ayağa qalxmışdır. Onun buyuruqları xoşbəxtlik yolunda bizim üçün mayakdır. Həqiqi İslamı diriltmiş o ilahi insanın buyuruqlarını, kitablarını yaddan çıxarmamalıyıq. Həmin nəsihətlər daim qulağımızda sırğa olmalıdır. Hər şeydən qabaq nəfsimizlə cihada, özünü tərbiyəyə başlamalıyıq ki, siyasi, iqtisadi, hərbi, elmi və s. mübarizə meydanlarında qalib gələ bilək.
Hər bir şəxs peşəsindən asılı olmayaraq üzərinə düşən vəzifəni yerinə yetirməklə dinə xidmət etmiş ola bilər. "Nəfslə mübarizə" mənasında cihad, hər bir şəxsə vacibdir. Dini hövzə və universitetə öhdəliyə götürülən cihadın növü “elm"- dir. Bu iş hövzə və universitet könüllülərinin - səfərbərlərinin öhdəsindədir. Yəni bu məsuliyyət özünü “İmam Zaman (ə) əsgəri” adlandıranlara aiddir. Bizlər İmam Zaman (ə) süfrəsinin ətrafından dolananlarıq. İnanırıq ki, ilahi rəhmətə qovuşmaq üçün məsum imamlar bir vasitədir. “Camee kəbirə” ziyarətində deyirik: “Yağış sizin (məsumların) pak nurunuz bərəkətindən yağır.” Bu baxımdan tələbələrin vəzifəsi çox ağırdır. Onların peşəsi, məlumatı, elmi imkanları bu yolda öndə getmələri üçün şərait yaratmaqdır. Universitet tələbələri və digər gənclər bu işdə onlara yardımçı olmalıdırlar. Bəli, elmi yolla cihad hamıdan çox ruhanilərə aid olan vəzifədir.
Administrator
Yazının tərtibində "haqqyolu.orq" elektron kitabxanasından itifadə olunub.