Vilayət risalətin batini və sirridir
- Ətraflı
- Baxış sayı: 1174
![](/az/images/stories/icons/sarmasik-resmi-3.jpg)
Əli ibn Əbu Talibin (ə) müqəddəs vücudu vilayət mərtəbəsində haqqın izni ilə varıq aləminə təsir göstərir, hazır və qeybi nümayiş etdirir. Varlıq aləmində həzrətin nuru nəzərə alınmadan heç bir iş görülmür. Demək, həzrət Əlinin (ə) məhəbbəti və vilayətinin qəbulu olmadan insan peyğəmbər məhəbbəti və Allah sevgisinə yetişə bilməz. Çünki Allahın vəlisi onun üçün bir qapıdır. Məhəmməd (s) və Əli (ə) nuru varlığın başlanğıcı və davamıdır. Hədisdə deyilir: “Allah sizinlə başladı, sizinlə sona çatdırar. İnsanların qayıdışı da sizə doğrudur.”
Üfüqlərə nəzər saldığım zaman
Əlinin varlığı oldu nümayan.
Bu sözlər küfürdən uzaqdır, uzaq,
Əliylə başlanıb bitir hər varaq.
Əlinin varlığı oldu nümayan.
Bu sözlər küfürdən uzaqdır, uzaq,
Əliylə başlanıb bitir hər varaq.
![](/az/images/stories/icons/gif-naxi-1.jpg)
Mötəbər kitablarda nəql olunmuş rəvayətlərə əsasən on iki imamın vəsfi bütün baxımlardan eynidir. Çünki onların hər biri həmin Məhəmməd (s) nurundan və həqiqətindəndir. Bilməliyik ki, girami Peyğəmbərin (s) vücudunda peyğəmbərlikdən əlavə də bir şey var. Həmin bu şey məsum imamlarda da özünü göstərmişdir. Onlar özləri buyurduqları kimi Allahın gözəl adlarıdır. Rəvayətdə buyururlar ki, and olsun Allaha, biz Allahın gözəl adlarıyıq.”
Bu səbəbdən də bəşəriyyət onlara borcludur. Onların bəşəriyyətin boynunda haqları var. Bu haqları ödəmək vacibdir. “Kafi” kitabında məsumlardan belə rəvayət olunur: “Dünya və onda olanlar Allah-təalanın, onun peyğəmbərinin və bizim ixtiyarımızdadır. Dünyada olanlardan nə əldə edilsə, ilahi təqvaya əməl olunmalı, Allahın haqqı ödənməli və qardaşlara yaxşılıq edilməlidir. Belə edilməsə, Allah, Onun rəsulu və biz üz çevirərik.”
İstənilən bir halda Əhli-beytin (ə) varlıq qaynağı Məhəmməd (s) nurudur. O Əli (ə) və Fatimədə (s.ə.) tam cilvələnmişdir. Əli (ə) və Fatimə (s.ə.) arasındakı əqd on bir məsumun zühuru ilə nəticələnmişdir. Həmin vaxtdan bəşəriyyətin hidayəti üçün onların adı, sayı bəyan olunmuşdur.
“Ülul-əmr” kimlərdir?
![](/az/images/stories/icons/gif-naxi-1.jpg)
Əhli-beyt (ə) pak-pakizə şəcərədir
Diqqəti cəlb edən digər bir nöqtə budur ki, Əhli-beytin (ə) varlıq həqiqətindən danışarkən rəvayətlər onu “Şəcərətun təyyibə” (pak-pakizə şəcərə) adlandırır. İmam Sadiq (ə) Qurani-kərimin “İbrahim” surəsində zikr olunmuş “Şəcərətun təyyibə” ifadəsi ilə bağlı soruşularkən Əmr ibn Hurəysə deyir: “Alahın rəsulu onun kökü, Əmirəl-möminin (ə) onun gövdəsi, peyğəmbər və Əli nəslindən olan imamlar onun budaqlarıdır. İmamların elmi onun meyvəsi, mömin şiələr onun yarpaqlarıdır.” Sonra imam əlavə etdi: “ And olsun Allaha, mömin dünyaya gələndə bu ağacda yarpaq cücərər, mömin dünyadan gedəndə bu ağacdan yarpaq düşər.”
Yazının tərtibində tərcümə olunumuş kitabların elektron versiyasından istifadə olunub.