Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran "İxlas" surəsi

"İxlas" surəsi

.112.
əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi
(Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.    (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
2.    Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O əzəlidir, əbədidir!)
3.    O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
4.    Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə