Çr.ax07162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran "Fələq" surəsi

"Fələq" surəsi

.113.
əl-Fələq (Sübh) surəsi
(Məkkədə nazil olmuşdur, 5 ayədir)

Bismillahir–rəhmanir-rəhim!

1.    (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə!
2.    Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən;
3.    Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən;
4.    (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən;
5.    Və bir də paxıllığı tutanda paxılın şərindən!”

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə